"Trabzonspor" Ramil Şeydayevi birdəfəlik satacaq
Paylaş:
"Trabzonspor" rəhbərliyi mövsümün sonunda heyətdə böyük dəyişiklik edəcək. Qara dəniz təmsilçisi heyətdəki futbolçuların sayını azaldacaq. Əksər futbolçusu ilə yollarını ayıran və icarəyə göndərən "Trabzonspor"un hazırda 52 futbolçu ilə müqaviləsi var.
Klub rəhbərliyi futbolçu sayını 25-ə endirmək istəyir. "Trabzonspor" UEFA-nın maliyyə fair-play meyarlarını yerinə yetirmək üçün bunu etmək məcburiyyətindədi.
Az müddət əvəl Slovakiya "Jilina"sına icarəyə verilən Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də gələ yay komandadan birdəfəlik göndəriləcəyi gözlənilir. Komanda ilk növbədə yüksək ödənişli futbolçularından qurtulmağa çalışacaq ki, bu baxımdan Ramil Şeydayev də "Trabzonspor"a sərf etmir.
| Paylaş: