')

Bu gün:


FutbolPress.Az | Ramil Şeydayev: "Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm" (MÜSAHİBƏ)

Ramil Şeydayev: "Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm" (MÜSAHİBƏ)


oxunma sayı: 592 Paylaş:

FutbolPressTürkiyənin "Trabzonspor" klubundan Slovakiya "Jilina"sına 1,5 illik icarəyə verilən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev "Sport den za dnyom"un suallarını cavablandırıb.

"FutbolPress" həmin müsahibəni təqdim edir:

- "Jilina"ya keçidiniz necə baş verdi?
- Slovakiya klubundan təklif gəldi və ora yollanmağı qərara aldım. "Jilina" hazırda turnir cədvəlinə başçılıq edir. Ümidvaram ki, növbəti mövsüm Çempionlar Liqasına vəsiqə qazanacaq. "Trabzonspor"dakı keçmiş komanda yoldaşlarım Bero və Düritsa dedi ki, "Jilina" böyük, səviyyəli klubdur. Baş məşqçi də gəlişimə şad olduğunu bildirdi. Onunla "Sən bizə, biz də sənə kömək edərik" məğzində söhbətimiz oldu. Təbii ki, start heyətində oynayacağıma dair təminat yoxdur. Ciddi rəqabətə dözməli olacağam. Bilirəm ki, "Jilina" çoxlu qol vurur. Buna görə də uyğunlaşmaq asan olacaq.

- "Jilina"nın hansısa futbolçusunu əvvəllər tanıyırdınız?
- Tanımırdım. Amma yavaş-yavaş hamısını tanıyacağam. Bir az da ingiliscə öyrənmişəm. Komandada bəzi futbolçular rus diliini bilirlər. Ona görə də ünsiyyət sarıdan ciddi maneə yoxdur. Fiziki formamı toplayıb bu həftə başlayacaq çempionata hazır olacağam.

- "Trabzonspor"dan necə ayrıldız?
- Normal. Türkiyə klubu ilə uzunmüddətli müqaviləm var. "Jilina"da ilyarım ərzində icarə əsasında çıxış edəcəyəm. "Trabzonspor"da mənə uğurlar arzuladılar. Hər şey qaydasındadı.

- Türkiyə çempionatında cəmi bir oyun keçirdiniz. Ölkə kubokunda isə qol da vurmuşduz. Türkiyədə keçirdiyiniz yarım ili necə dəyərləndirirsiz?
- Bu barədə danışmaq çətindir. Nə isə alınmadı. Oyun praktikası qazanmaq üçün icarəyə getdim. Ruhdan düşməmək lazımdır. Hər şey özümdən asılıdır.

- Sizin kimi gənc futbolçunun Türkiyənin tanınmış klublarından birinin əsas heyətinə düşməsinin çətin olacağı əvvəlcədən məlum idi. Sizcə də, əsas səbəbbu deyildi?
- Bu sualı "Trabzonspor"un baş məşqçisi Ərsun Yanala versəz, daha doğru olar. Mən oynamağa hazır idim. Nəyə görə alınmaığını Bilmirəm.

- Türkiyədəki qeyri-sabit siyasi durumun qərarınıza təsiri oldu?
- Xeyr. Trabzonda sakitçilik idi.

- "Trabzonspor" böyük klubdur?
- Bəli. Orda mənim üçün heç bir problem ortaya çıxmadı. Yalnız oynamaqdan başqa. Yerli azarkeşlər də mənə çox isti münasibət göstərirdilər. Trabzonda futbolu çox sevirlər.

- Azərbaycan yığmasında siz "Trabzonspor"dan çox oynadız. Milli komandaya çağırılmağınız barədə nə deyə bilərsiz?
- Yığmaya çağırılmağıma sevinirəm. Məni dəvət etməkdə maraqlıdırlar, məndən yaxşı oyun və qollar gözləyirlər. İlk oyunlardan komandaya mümkün qədər çox fayda vermək istəyirdim.

- Sankt-Peterburqu tərk etməyinizə və vətəndaşlığınızı dəyişməyinizə peşman deyilsiniz?
- Xeyr, Azərbaycan millisini seçdiyim üçün peşman deyiləm. Bunu etməsəydim, təəssüflənərdim.

- Yaxın il yarım ərzində əsas hədəfləriniz nədən ibarət olacaq?
- Əsas məqsədim “Jilina”da öz oyunumu göstərmək və əsas heyətin daimi üzvünə çevrilməkdi. Avrokuboklarda uğurlu çıxış etmək istəyirəm. Ümidlərimi daha çox Azərbaycan millisinə bağlayıram. DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü pillədə qərarlaşmışıq. Rusiyada keçiriləcək final mərhələsinə vəsiqə əldə etmək şansımız yüksəkdir. Bunu edə bilsək, Azərbaycandakı hamı kimi, bu, mənim üçün də böyük hadisə olar.


oxunma sayı: 592 | Paylaş:




?>