')

Bu gün:


FutbolPress.Az | AFFA qərar verdi: Rasim Ramaldanovun "qırmızı"sı saxlandı

AFFA qərar verdi: Rasim Ramaldanovun "qırmızı"sı saxlandı


oxunma sayı: 259 Paylaş:

FutbolPressAFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Toplantıda Premyer Liqanın 18-ci turunda baş verənlərlə bağlı qərarlar qəbul edilib.

“Zirə” – “Qəbələ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

“Qəbələ”nin müdafiəçisi Rasim Ramaldanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılıb, klub 200 manat cərimə edilib. "Qəbələ" həmin qırmızı vərəqənin ləğv edilməsi ilə bağlı oyunun protokoluna qeyd etsə də, şikayət təmin edilməyib.

“Neftçi” – “Sumqayıt” matçında meydan sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Bu komandaların əvəzedicilərinin oyununda da "Neftçi"nin 4 futbolçusu "sarı" aldığı üçün klub daha 400 manat cərimələnib. 


oxunma sayı: 259 | Paylaş:




?>