')

Bu gün:


FutbolPress.Az | "Onu istəsək, birdəfəlik transfer edə bilərik" - Elxan Abdullayev

"Onu istəsək, birdəfəlik transfer edə bilərik" - Elxan Abdullayev


oxunma sayı: 414 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunun "Neftçi" - "Sumqayıt" (1:0) oyunundan sonra meydan sahibi komandanın baş məşqçisi Elxan Abdullayev juralistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

“Hər iki komanda yaxşı oyun sərgilədi. Rəqib qapıçının oyunu daha çox fərqlənməyimizə mane oldu. Fikrimcə, yaxşı oynadıq və 3 xal qazandıq".

- Bu gün sizə “Sumqayıt” daha çox çətinlik yaratdı, yoxsa hava şəraiti?
- Havadan şikayətlənə bilmərik. Hər iki komanda eyni havada oynayırdı.

- İcarə əsasında “Neftçi”də çıxış edən futbolçuları komandada uzun müddət saxlamaq planınız varmı?
- Folprext və Dreksadan başqa, hamısı bizim futbolçumuzdu. Dreksa ilə bir illik müqaviləmiz var. Amma Folprextlə müqavilənin müddəti mövsümün sonunda başa çatır. Sadəcə, onunla sözləşmədə belə bir bənd qoyduq ki, istəsək, birdəfəlik transfer edə bilərik.

- Son matçlarda meydana çıxmayan Boban Baykoviçin komandadan göndərilməsi baş verə bilərmi?
- Həm Baykoviç, həm Maksim Vaylo komandamızın qapıçısıdı. Bu gün elə tələb olunurdu ki, qapıda Vaylo dayansın. Özünüz də bilirsiz ki, legioner limiti məsələsi var. Komandada zədəli olan futbolçularımız var. Cavid, Rəhman, Fəhmin tam formada deyillər. Ola bilsin ki, gələn matçda qapıda Baykoviç dayansın. Bu, oyundan və rəqibdən asılıdı.


oxunma sayı: 414 | Paylaş:




?>