')

Bu gün:


FutbolPress.Az | Samir Abasov özündən çıxdı: "Haramları olsun!"

Samir Abasov özündən çıxdı: "Haramları olsun!"


oxunma sayı: 759 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunun "Neftçi" - "Sumqayıt" (1:0) oyunundan sonra qonaq komandanın baş məşqçisi Samir Abasov juralistlərin suallarını cavablandırıb.

O, əvvəlcə oyun barədə fikirlərini bildirib:

"7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə baş tutacaq. Bu gün danışalacaq bir şey yoxdu. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”di".

- Fasilədən sonra nə baş verdi? İlk hissədə komandanız daha inamlı təsir bağışlayırdı…
- Hava şəraiti oynamağa imkan vermirdi. Yoxsa ciddi dəyişiklik baş vermədi. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik.

- Komandanın gələcək planları necədi? Bir də, oyunun son dəqiqələrində azarkeşlərlə nə baş vermişdi?
- Heç bir planımız yoxdu. Azərbaycanda plan qurmaq bilmirəm nə dərəcədə uyğundu. Bilmirəm haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul eləmək olmaz.

- Təxribat olmaq ehtimalı var?
- Təxribat olduğunu düşünmürəm. Bəlkə də, bizdə oynayan oyunçulardı. Belədisə, böyük səhv edirlər.


oxunma sayı: 759 | Paylaş:




?>