')

Bu gün:


FutbolPress.Az | "Zirə" - "Qəbələ" oyununda idarəçilik: Bakı klubu fərqli fikirdədi (VİDEO)

"Zirə" - "Qəbələ" oyununda idarəçilik: Bakı klubu fərqli fikirdədi (VİDEO)


oxunma sayı: 354 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunun "Zirə - "Qəbələ" (2:2) oyununda baş vermiş mübahisəli epizodlarla bağlı materialları təqdim etmişdik. (burdaburda)

"Qəbələ" epizodların birincisində Rasim Ramaldanovun ikinci sarı vərəqəsinin haqsız olduğunu, "Zirə"nin bərabərlik qolunun isə oyundankənar vəziyyətdə olduğunu bildirmişdi.

Ancaq "Zirə" tərəfi fərqli iddiadadır. Klubdan "FutbolPress"ə göndərilən videoda "Qəbələ"nin ikinci qolundan əvvəl Nika Kvekveskirinin sol əli ilə Vüqar Mustafayevə qarş kobud oynadığı iddia edilir. Rasim Ramaldanovun ikinci "sarı"nı aldığı epizodda isə rəqib qapıçı ilə təkbətək çıxacaq "Zirə"nin futbolçusu Riçard Qadzeyə qarşı kobud oynadığı qeyd edilir.

Bizə göndərilən videonu təqdim edirik.



oxunma sayı: 354 | Paylaş:




?>