')

Bu gün:


FutbolPress.Az | AFFA-nın ləğv etməli olduğu qurum və "qurumcuqlar" (KİÇİK QEYD)

AFFA-nın ləğv etməli olduğu qurum və "qurumcuqlar" (KİÇİK QEYD)


oxunma sayı: 718 Paylaş:

FutbolPressÖlkədə hökm sürən maliyyə böhranı nəticəsində dövlət qurumlarında ixtisarlar gedir. Bəziləri birləşdirilir, bəziləri ümumiyyətlə, ləğv edilir. Son olaraq, Nəqliyyat Nazirliyi ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırıldı. 

Bu növ dəyişikliklərdə - ləğvetmə və birləşdirmələrdə yalnız bir məqsəd ola bilər: Məsrəflərin azaldılması...

Azərbaycan futbolunda da bir qurum var ki, ləğvi elə böyük itki olmaz. Təhlillərimiz göstərir ki, nəinki itki olmaz, əksinə, ləğvinin faydaları daha çox olar. Söhbət PFL-dən (Peşəkar Futbol Liqası) gedir.

Üstəlik, Hakim-İnspektorlar Komitəsi də Hakimlər Komitəsiylə birləşdirilməlidir.

AFFA-nın strukturunda da kifayət qədər ixtisara salınası "qurumcuqlar" var.

Bundan sonra hökumətin ixtisar siyasətinin futbol təsərrüfatında tətbiqi də araşdırılmalıdır, təhlillər, hesabatlar yazılmalıdır. Çünki bu sahə gəlir gətirmir, tamamilə neft pullarından maliyyələşir və dövlət büdcəsinə ən böyük itki vuran sahələrdən biridir.

Qarşımızdakı prioritetlərdən biri bu mövzularda ciddi araşdıralar hazırlamaq olmalıdır.


oxunma sayı: 718 | Paylaş:




?>