')

Bu gün:


FutbolPress.Az | AZAL yenə uduzdu, "Neftçi" 6-cı yerə yüksəldi  (YENİLƏNİB)

AZAL yenə uduzdu, "Neftçi" 6-cı yerə yüksəldi (YENİLƏNİB)


oxunma sayı: 299 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulub.

İkinci oyun gününün ilk matçı Şüvəlanda baş tutub. “AZAL Arena”da təşkil edilən qarşılaşmada son pillənin dəyişilməz sakini AZAL “İnter”i qəbul edib. Nizami Hacıyevin vurduğu qol qonaq komandaya qələbə qazandırıb. AZAL üçüncü dövrədə keçirdiyi 4-cü oyunda da meydanı xalsız tərk edib.

Bağlanış oyununda “Neftçi” “Sumqayıt”la qarşılaşıb. Bu oyunda da cəmi bir qol qeydə alınıb. 86-cı dəqiqədə fərqlənən Huqo Barqas "ağ-qaralar"a növbəti 3 xalı qazandırıb. Bu qələbə "Neftçi"ni 6-cı pilləyə yüksəldib. 


Azərbaycan Premyer Liqası, XVIII tur
13 fevral (bazar ertəsi)


15:00 AZAL – “İnter” 0:1
Qol:
Nizami Hacıyev, 84

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Məlik Həsənov
“AZAL Arena”
İlk 2 dövrədəki oyunlar: 1:3, 0:3

AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 8. Sadio Tounkara, 27. Rəşad Abdullayev, 77. Arkadi Qalperin, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 17. Eltun Hüseynov, 19. Elnur Süleymanov, 10. Nuqzar Kvirtiya, 11. Frank Madu, 2. Elşad Manafov, 16. Feyzi Aşkan
Baş məşqçi: Tərlan Əhmədov
 
“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 3. Denis Silva, 27. Adrian Skarlatake, 4. Slavik Alxasov, 22. İlkin Qırtımov, 10. Elnur Abdullayev, 24. Fuad Bayramov, 7. Mirsahib Abbasov, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 33. Tərlan Quliyev, 2. Sertan Taşkın, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 6. Samir Zərgərov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze

17:30 “Neftçi” – “Sumqayıt” 1:0
Qol:
Huqo Barqas

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“Bakcell Arena”
İlk 2 dövrədəki oyunlar: 1:2, 0:2


N K o q h m t/f xal
1 Qarabağ 18 13 3 2 32-8 42
2 Qəbələ 18 11 6 1 36-10 39
3 İnter 18 8 8 2 29-18 32
4 Sumqayıt 18 5 7 6 19-23 22
5 Zirə 18 6 4 8 16-20 22
6 Neftçi 18 5 1 12 14-33 16
 
7 Kəpəz 18 3 6 9 12-22 15
8 AZAL 18 1 5 12 8-32 8
 
 


oxunma sayı: 299 | Paylaş:




?>