')

Bu gün:


FutbolPress.Az | "Aqressiv olub, qələbə qazanmaq lazımdı" - Daniel Seqovia

"Aqressiv olub, qələbə qazanmaq lazımdı" - Daniel Seqovia


oxunma sayı: 267 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunda bu gün “Sumqayıt”ı qəbul edəcək “Neftçi”nin hücumçusu Daniel Seqoviya klubun rəsmi saytına açıqlama verib.

O, bunları deyib:

“İnter”ə qalib gələndən sonra komandada özünəinam yaranıb. Bugünkü oyunda bunun bizə çox köməyi dəyəcək. Əvvəlki oyuna hazırlaşdığımız kimi bu görüşə də yaxşı hazırlaşmışıq. Aqressiv olub, qələbə qazanmaq lazımdı. Azarkeşlər nəticədən asılı olmayaraq, özünü yaxşı tərəfdən göstərib sonadək vuruşan komandanı dəstəkləməlidilər. Biz də çalışacağıq ki, 100 faiz yox, 200 faiz gücümüzü qoyub, azarkeşlərimizin bizə olan inamını daha da artıraq”.

“Neftçi” - “Sumqayıt” oyunu fevralın 13-də, saat 17:30-da başlayacaq.



oxunma sayı: 267 | Paylaş:




?>