')

Bu gün:


FutbolPress.Az | Tellur Mütəllimov : "Ən böyük arzum millidə oynamaqdır"

Tellur Mütəllimov: "Ən böyük arzum millidə oynamaqdır"


oxunma sayı: 761 Paylaş:

FutbolPressXVII turun "Zirə" - "Qəbələ" matçı (2:2) gərgin və maraqlı keçdi. Oyunun fəallarından biri də Tellur Mütəllimov idi. 

Zaqatala futbolunun yetirməsi olan gənc futbolçu "Qəbələ" Futbol Akademiyasına qoşulandan yüksəlişdədi. Bu dəfə start heyətdə meydana çıxan futbolçunun müdafiənin sağ cinahında göstərdiyi oyun təqdirəlayiqdir.

Ondan həm oyun haqda, həm də gələcək planları haqda soruşduq. Tellurun ən böyük arzusu tezliklə milli komandaya dəvət almaqdı: "Hər bir futbolçu istəyir ki, milli  komandaya qədər yüksəlsin. Mənim ən böyük arzum millidə oynamaqdır. Bununçün də "Qəbələ"də əlimdən gələni edirəm".

Perspektivli oyunçu "Zirə"yə qarşı qələbə gözlədiyini, ancaq gözlənildiyindən çətin oyun olduğunu bildirdi: "Bura qələbə üçün gəlmişdik. Komanda bütünlüklə bu əhval-ruhiyəyə köklənmişdi. Ancaq "Zirə" çox dirənmiş göstərdi. Bu qədər çətin olacağını düşünməzdim. Həm də Rasim Ramaldanovun kart cəzası komandanın oyununa təsir elədi.

İnanıram ki, komandamız bu il çempion olacaq. Növbəti tur "Qarabağ"la oyundur və biz əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq".


oxunma sayı: 761 | Paylaş:




?>