')

Bu gün:


FutbolPress.Az | Roman Qriqorçuk: "Ağlayası deyilik ki..."

Roman Qriqorçuk: "Ağlayası deyilik ki..."


oxunma sayı: 295 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunun “Zirə” - “Qəbələ” (2:2) oyunundan sonra qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

"Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydança bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər".

- Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?
- Yaxşı oyun göstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə, başımızı dik tutmalıyıq. Düzdü, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.

- Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. “Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?
- Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, uğur da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədi. Əhvalımızı korlamamlı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki...


oxunma sayı: 295 | Paylaş:




?>