')

Bu gün:


FutbolPress.Az | "Futbolçular belə meydanda xarakter göstərdilər" -  Qurban Qurbanov

"Futbolçular belə meydanda xarakter göstərdilər" - Qurban Qurbanov


oxunma sayı: 278 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının 18-ci turunda "Qarabağ" səfərdə "Kəpəz"i 1:0 hesabıyla məğlub edib.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib:

"Azarkeşlər üçün maraqlı oyun oldu. Futbolçular belə bir meydanda xarakter göstərdilər. Qələbə üçün nə lazım idisə, komandam bəlkə artığını etdi. Azarkeşlərimizə təşəkkür edirəm, bu gün də stadionda idilər. "Kəpəz" azarkeşlərinə də təşəkkür edirəm, məni və komandamı yaxşı qarşıladılar. Şahin Diniyev və "Kəpəz"ə qarşıdakı oyunlarda uğurlar arzulayıram".


oxunma sayı: 278 | Paylaş:




?>