')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" xal itirdi, "Qarabağ" uzaqlaşdı  (YENİLƏNİB)

"Qəbələ" xal itirdi, "Qarabağ" uzaqlaşdı (YENİLƏNİB)


oxunma sayı: 266 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

Açılış oyununda Gəncədə yerli “Kəpəz” və çempionatın lideri “Qarabağ” münasibətlərinə aydınlıq gətirib. Mahir Mədətovun vurduğu yeganə qol Ağdam klubuna qələbə qazandırıb. Bu nəticə ilə xal hesabını 42-ə çatdıran Qurban Qurbanovun komandası liderliyini möhkəmləndirib.

Ağdam klubunun ən yaxın izləyicisi “Qəbələ” də ilk oyun günündə meydana çıxıb. Roman Qriqorçukun komandası “Zirə”nin qonağı olub. Dramatik məcrada keçn oyunda qalib müəyyənləşməyib - 2:2.

Azərbaycan Premyer Liqası, XVIII tur
12 fevral (bazar)
14:30. “Kəpəz” – “Qarabağ” 0:1
Qol:
Mahir Mədətov, 64

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu

“Kəpəz”: 30. Davud Kərimi, 21. Novruz Məmmədov, 13. Şəhriyar Rəhimov, 25. Şəhriyar Əliyev15. Azad Kərimov, 5. Kərim Diniyev, 18. Tural Axundov (k)17. Nicat Qurbanov, 10. Dario Federiko, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 88. Tadas Simaitis, 77. Serjio Kosta, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 7. Vüqar Bəybalayev, 68. Əli Nuri
Baş məşqçi: Şahin Diniyev
 
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 6. Dino Ndlovu, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

16:30. “Zirə” - “Qəbələ” 2:2
Qollar:
Viktor İqbekoyi, 54, Riçard Qadze, 90+4 - Daniel Subotiç, 37, Filip Ozobiç, 88
Qırmızı vərəqə: Rasim Ramaldanov, 74

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 1. Anar Nəzirov, 23. Yovan Krneta, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 16. Akim Latifu, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 11. Viktor İqbekoyi, 7. Amadu Sanqar, 10. Elvin Məmmədov (k), 43. Riçard Qadze
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 92. Cavid Tağıyev, 9. Nurlan Novruzov, 44. Migel Lorenso, 8. Milan Duriç, 32. Sahil Cəfərov 
Baş məşqçi: Ayxan Abbasov
 
“Qəbələ” 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 5. Rasim Ramaldanov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 14.Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 34. Urfan Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 27. Teo Uiks, 77. Araz Abdullayev
Baş məşqçi: Roman Qriqorçuk


oxunma sayı: 266 | Paylaş:




?>