')

Bu gün:


FutbolPress.Az | Premyer Liqanın ən yaxşı legionerləri: Ronaldo, Anri və digərləri

Premyer Liqanın ən yaxşı legionerləri: Ronaldo, Anri və digərləri


oxunma sayı: 438 Paylaş:

FutbolPress"Mançester Yunayted"in keçmiş forvardı Kristiano Ronaldo Britaniyanın  "FourFourTwo" nəşrinin versiyasına görə, İngiltərə Premyer Liqasında oynamış ən güclü legioner sayılıb.

Portuqaliyalı futbolçu 2003-2009-cu illər aralığında "Mançester Yunayted"lə 5 dəfə İngiltərə çempionatının, 1 dəfə Çempionlar liqasının qalibi olub və 1 dəfə də "Qızıl top"a sahib çıxıb.

Reytinqdə 2-ci yer "Arsenal"ın futbolçusu Tierri Anriyə qismət olub. 3-cü yeri "Lids" və "Mançester Yunayted"in üzvü Erik Kantona tutub.

İlk onluqda qərarlaşan digər futbolçular bunlardır: Denis Berkamp  ("Аrsenal"), Didye Droqba ("Çelsi"), Serxio Aquero ("Маnçester Siti"), Canfranko Zola ("Çelsi"), Patrik Vieyra ("Arsenal", "Мançeser Siti"), Peter Şmeyxel ("Мançexter Yunayted", "Мançester Siti", "Аston Villa") və David Jinola ("Nyukasl Yunayted", "Тоттеnhem", "Аston Villa»", "Everton")


oxunma sayı: 438 | Paylaş:




?>