Suaresə ağır cəza: final oyununu buraxacaq
Paylaş:
İspaniya Futbol Federasiyası “Barselona”nın hücumçusu Luis Suaresi iki oyunluq cəzalandırıb.
Buna ölkə kubokunun “Atletiko”ya qarşı cavab matçında iki sarı vərəqə alaraq meydandan qovulması, matçın baş hakimi ilə bağlı görüşdən sonra səsləndirdiyi fikirlər səbəb olub. “Barselona” uruqvaylı oyunçuya ikinci sarı vərəqənin haqsız yerə verildiyini əsas götürərək cəzanın ləğvini istəyib. Lakin federasiya Kataloniya klubunun şikayətini rədd edib.
Suaresə verilən iki oyunluq cəza kubok matçlarına şamil olunacaq. O, bu mövsüm qarşıdakı final oyununu, gələn mövsüm isə kubokun ilk matçını buraxmalı olacaq.
| Paylaş: