')

Bu gün:


FutbolPress.Az | Hakimlər Komitəsindən Fariz Yusifova “məcburi güzəşt” (KİÇİK QEYD)

Hakimlər Komitəsindən Fariz Yusifova “məcburi güzəşt” (KİÇİK QEYD)


oxunma sayı: 736 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının son turlarında oyunların gərginliyindən çox hakim səhvləri müzakirə mövzusu olur. Qış fasiləsindən sonra baş tutan hər 3 tur referilərin nəticəyə təsir edən yanlış qərarları ilə qalıb.

Bu hallara AFFA Hakimlər Komitəsi də səssiz qala bilməyib. “FutbolPress” dünən təqdim etdiyi siyahıda yanlış qərarlara görə hansı hakimlərin cəzaya məruz qaldığını açıqlamışdı.

Maraqlıdır ki, cəzalandırılan referilər arasında “Qəbələ” – “Neftçi” oyununda ofsayddan vurulan qolu qeydə alan matçın baş hakimi Fariz Yusifovun adı yoxdur. Üstəlik, Yusifovun tək səhvi bu da olmayıb. Oyunun sonlarına doğru o, kobuduğa görə “Neftçi”nin futbolçusu Ruslan Abışova qırmızı vərəqə (ikinci “sarı”dan)  göstərməli olduğu halda bunu etməyib.

Fariz Yusifovun əvəzinə həmin qarşılaşmada yan xətt hakimi olan Yaşar Abbasov 5 oyunluq cəzaya məruz qalıb.

Oyundan kənar vəziyyətdən vurulan qolun daha çox yan xətt hakimin məsuliyyətindən olduğu bəlli olsa da, son qərarı əsas referi verir. Deməli, səhv varsa, həm də baş hakimindi. Bu azmış kimi meydanda Ruslan Abışovun kobudluğunu görməzdən gələn Fariz Yusifovun həmin yanlış qərarına Hakimlər Komitəsi də göz yumub.

Ancaq bunun səbəbi bir qədər fərqlidi.

Xaqani Məmmədovun sədri olduğu Komitə Fariz Yusifova çox istədiyindən yox, daha çox məcburiyyətdən güzəşt etməli olub. Bu da onunla əlaqədardı ki, Premyer Liqa oyunlarına təyinat alacaq hakim çatışmazlığı var. Onsuz da az olan referilərin bir neçəsinin cəzalandırılmasından sonra Xaqani Məmmədov təyinat verməyə hakim tapılmayacağını gördüyü üçün Fariz Yusifovu “bağışlamağı” lazım bilib. Belədə bütün məsuliyyət laynsman Yaşar Abbasovun üstünə qalıb.


oxunma sayı: 736 | Paylaş:




?>