')

Bu gün:


FutbolPress.Az | Azərbaycan taekvandoçuları: 2 günə 22 medal

Azərbaycan taekvandoçuları: 2 günə 22 medal


oxunma sayı: 235 Paylaş:

FutbolPressTürkiyənin Antalya şəhərində taekvondo üzrə klublararası Avropa çempionatı davam edir. İkinci yarış günündə Azərbaycan idmançıları daha 13 medal qazanıblar.

Lənkəran TİM-nin yetirməsi Fərid Sultan (51 kq), "Gilan"dan Orxan Tağızadə (+78 kq) və 2 saylı "Gömrükçü" klubundan Mehriban Məmmədova (46 kq) qızıl medal qazanıblar.

Xanoğlan Kərimov (45 kq, 2 saylı "Gömrükçü"), Qasım Aslanov (59 kq, "Gilan"), Cavad Ağayev (63 kq, "Gilan"), Həsən İbrahimov (73 kq, "Gilan") və Mirvari Qənbərli (42 kq, "Gilan") finalda uduzaraq gümüş medala sahib çıxıblar.

Məhəmməd Əlizadə (48 kq, "Gilan"), Ayaz Qənbərli (51 kq, "Gilan"), Sevda Pirseyidova (44 kq, "Savalan"), Nərgiz Mirzəyeva (46 kq, "Gilan") və Nərmin Süleymanova (42 kq, "Gilan") isə yarışı bürünc medalla başa vurublar.

Çempionatın ilk gününda Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.


oxunma sayı: 235 | Paylaş:




?>