')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin naməlum susqunluğu (KİÇİK QEYD)

"Neftçi"nin naməlum susqunluğu (KİÇİK QEYD)


oxunma sayı: 711 Paylaş:

FutbolPressDünənki hakimlik problemlərinə aid, demək olar, bütün tərəflər danışdı. Hətta hakimlər də. Ancaq bir tərəf susmağı üstün tutur - "Neftçi".

Klubun mətbuat xidmətindən olanlara münasibət bildirib-bildirməmək haqda soruşduq, "Hələ heç nə" cavabı aldıq.

Bunu alicənablıq, peşəkarlıq və s. kimi təqdim edənlər var. Bu, bir az ədalətsiz, haqsız yanaşmadır. Belədə bu qədər danışanlar, PFL, HK, hakimlər, digər klublar - hamısı danışmaqla alicənablıqdan uzaq, qeyri-peşəkarlıq ediblər?

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev oyunsonrası mətbuat konfransında deyir ki, belə məsələlər barədə danışmaq mənim işim deyil, sualdan yayınır.

Bəs "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov niyə danışır? "Neftçi"nin əvvəlki baş məşqçiləri, rəhbərliyi niyə danışırdı? Hətta lehinə hakim səhvləri baş verən "Qarabağ" da bununla bağlı rəsmi saytında nəsə qeyd yazır...

Ardıcıl iki oyunda hakim səhvinə məruz qalan "Neftçi"nin susqunluğu isə anlaşılmazlıqdan başqa bir şey deyil.

Əksinə, danışmaq lazımdır. Hadisə varsa, proses varsa, buna aid sözünüz də olmalıdır. Susmaq elə bir şeydir ki, bunu hər tərəfə "yozmaq" olar. Belə...

Elçin Cəlilov


oxunma sayı: 711 | Paylaş:




?>