')

Bu gün:


FutbolPress.Az | "Belə razılaşmışıq ki, Namiq Ələsgərov "Qarabağ"a qarşı oynamasın" (TAM MƏTN)

"Belə razılaşmışıq ki, Namiq Ələsgərov "Qarabağ"a qarşı oynamasın" (TAM MƏTN)


oxunma sayı: 1029 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XV turunda “Neftçi” səfərdə “Qarabağ”la qarşılaşıb. 1:1 hesabı ilə başa çatan oyundan sonra “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Fasilədən sonrakı ilk oyunlar həmişə ağır olur. Üstəlik çempiona qarşı oynayırdıq. Bəlkə, çox da maraqlı oyun olmadı, amma böyük mübarizə var idi. Azarkeşlərə də minnətdarıq ki, bu soyuq havada bizi tək qoymadılar.

- Namiq Ələsgərovun oynamaması nə ilə əlaqədar idi?
- Bu, qarşılıqlı razılaşma ilə bağlıdır. Belə razılığımız olub ki, o "Qarabağ"a qarşı oynamayacaq. Təkcə bu mövsümə aiddir.

- oyunda ki mübahisəli epizod var oldu. Rəhman Hacıyevin yerə yıxılması və qapınıza təyin edilən penalti. Bununla bağlı nə demək olar?
- Hakimlər barədə danışmaq istəmirəm. Soyuq başla analiz edərək danışmaq lazımdır. Hələlik nəsə demək olmaz.

- Həmişə "Neftçi"də dəyişikliklərdən danışırdıq. Ağlınızdakı "Neftçi" bu idi?
- Komandada yeni futbolçuar var. Amma hələlik hücumçusuz oynayırıq. Gələn oyunlarda bu da yoluna düşəcək. Ən böyük problemimiz də elə hücum xətti ilə bağlıdır.

- Fasilədə oyunçular isinmə hərəkətləri etmirdi. Bunun səbəbi nə idi?
- Havanın soyuq olması ilə bağlı idi. Mən hər hansısa konkret  tapşırıq verməmişdim. Həm də ki, ikinci issəyə dəyişikliklə başlamayacaqdıq.

- Bütün transferlər sizin istəyinizlə edildi?
- Başqa cür də olur? Bütün oyunçuların hamısı mənim istəyimlə alınıb.

- Hazırki mövqeyinizə görə autsaydersiz. Amma liderə qarşı xüsusilə ilk hissədə yaxşı oynadız. Demək olarmı ki, "Neftçi" istənilən formaya qayıdıb?
- Özümüzü tərifləməyək. 1:0 geri düşüb, sonra hesabı bərabərləşdirsək, bu, daha yaxşı olardı. 20 dəqiqə qalmış qol buraxdıq. Buna tam sevinmək olmur. Obyektiv olsaq, qələbəyə layiq deyildik. Bu hesabı qorumq da çox çətin idi. Əgər Rəhman Hacıyevin epizodunda penalti var idisə, bizim hesab fərqini artırağımıza gətirərdi. O zaman qələbədən danışmaq da olardı. Amma, ümumiyyətlə, normal hücum qura bilmədik. Hələ istənilən formada deyilik.

- Qarşıda daha iki çətin oyununuz var. "İnter" və "Qəbələ"yə qarşı. Bu baxımdan psixoloji hazırlıq nə vəziyyətdədi?
- Onsuz da oynamalıyıq. Bunun fərqi yoxdur ki, nə vaxt oynayacağıq. Böyük bir problem görmürəm.




oxunma sayı: 1029 | Paylaş:




?>