')

Bu gün:


FutbolPress.Az | Zdenek Folprext: "Qarabağ"ı təəccübləndirə bilərik" (MÜSAHİBƏ)

Zdenek Folprext: "Qarabağ"ı təəccübləndirə bilərik" (MÜSAHİBƏ)


oxunma sayı: 490 Paylaş:

FutbolPress"Neftçi”nin yeni transferlərindən Zdenek Folprext klubun rəsmi saytının suallarını cavablandırıb. 

"FutbolPress" həmin müsahibəni təqdim edir.
 
- Komandaya Antalyada qoşulmusuz, amma bir neçə gündü Bakıdasız. Burda özünüzü necə hiss edirsiz?
- Gözəl hiss edirəm. Əvvəllər Bakıda olmuşam. "Slovan”ın heyətində "Qarabağ”a qarşı çıxış etmişəm. Hələ o vaxt bu şəhər, gülərüz insanlar xoşuma gəlmişdi. Buna görə də, hara gəldiyimi bilirdim. Bir sözlə, rahatlıq vacib olsa da, kənar şeylərdən çox futbolla maraqlanıram.
 
- Qış fasiləsindən sonrakı ilk oyunda "Neftçi” çempionatın lideri "Qarabağ”la qarşılaşacaq...
- Burda qorxulu bir şey görmürəm. Əksinə, yaxşı ki, belədi. Əvvəla, komandamız yenidi, birlikdə bir neçə oyun keçirmişik ki, bunlar da yoxlama görüşləri olub. Bir-birimizə sonadək uyğunlaşmalıyıq. Belə güclü rəqiblərlə matçlar isə bizə bu imkanı yaradacaq. İkincisi, sonrakı oyunlarda daha yaxşı təsir bağışlayacağıq, oyunumuzda mütləq irəliləyişlər olacaq. Buna baxmayaraq, istərdim ki, qələbə ilə başlayaq.
 
- Siz həm də "Slovan”ın futbolçusu kimi "Qarabağ”a qalib gəlmisiz...
- Bəli, "Qarabağ”ı Çexiyada 3:0 hesabı ilə məğlub etmişik. Çoxları düşünə bilər ki, bu qələbə bizə asan başa gəlib, amma elə deyil. "Qarabağ” əla komandadı. Orda fərdi planda çoxlu güclü futbolçular oynasa da, onlar komanda oyununa üstünlük verirlər. Sadəcə, həmin görüşdə "Slovan” az qala ən yaxşı formasında idi, bizdə hər şey alınırdı. Bazar günü keçiriləcək qarşılaşmada rəqibimizi təəccübləndirə bilərik.
 
- Ardınca komandanı "Qəbələ” və "İnter”lə matçlar gözləyir...
- Eybi yox. Əgər yaxşı nəticələr qazansaq, özümüzə güvənimiz daha da artacaq. Bu təqvim şəxsən mənim ürəyimcədi. Unutmayın ki, qarşıdakı 4 həftə yarım ərzində 6 oyunumuz var. Məncə, bu çox yaxşıdı. Formada olanda böyük fasilələr mənfi təsir edə bilər. Uduzanda isə yenidən meydana çıxıb bunun təsadüf olduğunu sübut etmək istəyirsən.
 
- Sonda azarkeşlərə nə demək istərdiz?
- Azarkeşlərimiz haqda çox eşitmişəm, onlarla görüşü səbirsizliklə gözləyirəm. Qoy bizi dəstəkləsinlər – uğurlarımızın yarısı onlardan asılıdı. Oyunumla fanatların yaddaşında qalmağa çalışacam.


oxunma sayı: 490 | Paylaş:




?>