')

Bu gün:


FutbolPress.Az | “Ayda 25 min dollar versələr, “Neftçi”də oynayaram” (MÜSAHİBƏ)

“Ayda 25 min dollar versələr, “Neftçi”də oynayaram” (MÜSAHİBƏ)


oxunma sayı: 2794 Paylaş:

FutbolPressFutbol azarkeşlərinə “Bakı”dakı oyunları ilə yaxşı tanış olan braziliyalı futbolçu Felipe Feliks yenidən Azərbaycanda oynamaq fikrindədir. 

O, hazırda hücumçu axtarışında olan “Neftçi”yə kömək edə biləcəyini düşünür. “Sambaçı” özü “FutbolPress”ə müsahibəsində yenidən Azərbaycana qayıtmaq arzusunda olduğunu bildirdi.
 
- Yenidən Azərbaycanda oynamaq istədiyin barədə məlumatlıyıq, amma əvvəlcə “Bakı”dan sonrakı karyeran haqda danışardın...
- “Bakı”dan ayrıldıqdan sonra əvvəlcə Braziliyada, sonra Portuqaliyada çıxış etdim. Amma orda da çox qalmadım. Sonra Çində, Yaponiyada müxəlif klubların formasını geyindim. Uğurlu da oynayırdım. Dəfələrlə oyunun, ayın futbolçusu seçilmişəm.

İndi hansı komandanın futbolçususan?
- İndi San Paolo çempionatında “San Bernardo”da oynayıram.

Son olaraq oynadığın Yaponiya klubundan niyə ayrıldın?
- Çinə, Yaponiyaya uyğunlaşa bilmirdim. Bu ölkələrdə yaşamaq mənim üçün əzab idi. Xüsusilə, Çində o qədər əhali var idi ki... Yaşamaq mümkün deyildi.

- Və yenidən Azərbaycana qayıtmaq fikrindəsən...
- Bəli, Azərbaycanla bağlı yaxşı xatirələrim var. Sizin ölkənin paytaxtı Bakı çox gözəl şəhərdir. Yenidən bu ölkədə top qovmaqdan xoşbəxt olardım.

- “Neftçi”də?
- Bəli, “Neftçi”də oynamağı çox istəyirəm. Yenidən Azərbaycana qayıtmaq, “Neftçi” ilə qollarımı sıralamaq istəyirəm. Bu komandaya keçsəm, çempion olacağımıza inanıram.

“Neftçi”nin hazırda autsayderlərdən biri olduğundan xəbərdarsan?
- Bəli, bilirəm. Ancaq “Neftçi” böyük klubdur. Hər komandanın olduğu kimi onların da indi bəzi problemləri var. Amma yenidən böyük klub olacaqlarına əminəm.

Hansı şərtlərlə “Neftçi”yə keçməyə razı olarsan? Tələblərin nələrdir?
- Çox yüksək tələb və istəyim yoxdur. Ayda 25 min dollar versələr, “Neftçi”də oynayaram.

Bununla bağlı kiminləsə əlaqə saxlamısan klubdan?
- “Neftçi” rəsmilərindən heç kimlə əlaqəm olmayıb. Amma Azərbaycandan əlaqə saxladığım şəxslər var. “Neftçi”nin azarkeşləri ilə də münasibət saxlayıram. Bilirəm ki, məni komandalarında görmək istəyirlər.

“Neftçi”yə kömək edə biləcəyinə inanırsan?
-  “Neftçi”də uğurlu oynayacağıma inanıram. Komanda yoldaşlarımla bir yerdə çempion ola bilərik.

Başqa təkliflərin varmı?
- Çindən təklif var. Amma dediyim kimi bir də o ölkəyə qayıtmayacam.

Faiq Tahirov



oxunma sayı: 2794 | Paylaş:




?>