"Qəbələ"yə lazım olmayan futbolçu Sloveniya klubunda
Paylaş:
"Qəbələ"dən ayrılan xorvatiyalı yarımmüdafiəçi Petar Franyiçin yeni klubu müəyyənləşib. O, karyerasını Sloveniyada dava etdirəcək.
Franyiç bu ölkənin "Domjale" klubu ilə anlaşıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Razılaşmaya əsasən, xorvatiyalı futbolçu 2018/2019 mövsümünün sonuna qədər bu komandanın formasını geyinəcək.
Petar Franyiç "Qəbələ"yə ötən yay Xorvatiya "Split"indən keçmişdi.
| Paylaş: