')

Bu gün:


FutbolPress.Az | "Bəxt elə gətirmir ki, qol vura bilmirik, amma axı müdafiədə də səhvlər olur..." (MÜSAHİBƏ)

"Bəxt elə gətirmir ki, qol vura bilmirik, amma axı müdafiədə də səhvlər olur..." (MÜSAHİBƏ)


oxunma sayı: 601 Paylaş:

FutbolPressAFFA Məşqçilər Komitəsinin üzvü Şakir Qəribovun Azərbaycanın 19 yaşlılardan ibarət yığmasının Valentin Qranatkinin xatirə turnirində iştirakı ilə bağlı “FutbolPress”ə müsahibəsi

Siz də komanda ilə birgə Sankt-Peterburqda idiz. Yığmanın çıxışını necə dəyərləndirirsiz?
- Ümumi götürsək, komanda yaxşı təsir bağışladı. Onlar çoxdandır ki, beynəlxalq yarışlarda çıxış etmirlər, turnir təcrübələri azdır. Ancaq qrupdan sonrakı mərhələdə heç bir oyunu uduzmadıq. Bu da o deməkdir ki, komanda oyundan oyuna artırırdı. Deməli, onların potensialı var, sadəcə üzə çıxartmaq lazımdır. Bunun üçün də çoxlu işləmək lazımdır. Bunsuz nəticə əldə etmək mümkün olmayacaq. Çatışmayan cəhətlərimiz də çoxdur. Mənə elə gəlir ki, məşqçilərin bunun üstündə işləmək üçün kifayət qədər vaxtı olacaq. Qabaqdan turnirlər, hazırlıq toplanışları gəlir.

Komanda qrup mərhələsində cəmi 1 xal toplayıb antirekorda imza atdı...
- Baxmayaraq ki, qrup mərhələsində 1 xal yığdıq, ancaq oyun baxımından heç bir komandadan geri qalmadıq. Məğlubiyyətlərin səbəbini də başqa şeydə axtarmaq düzgün deyil, təqsirkar özümüz idik. Demək istəyirəm ki, yaratdığımız qol vəziyyətlərindən istifadə edə bilmədik. Əgər bunu bacarsaydıq, hər şey başqa cür olardı. Bacarmadıq və nəticədə həm Litvaya, həm də Slovakiyaya uduzub axırıncı olduq.

Təkcə qol vəziyyətlərindən istifadə edə bilməmək idi, yoxsa başqa çatışmazlıqlar da görünürdü?
- Əsas çatışmayan cəhət odur ki, bu turnirdə müdafiədə zəif oynadıq. Xüsusilə bunu futbolçuların ikinci mərtəbədəki oyununa aid etmək olar. Həm Litva, həm də Slovakiya ilə oyunlarda əyani şəkildə gördük. Qapı qarşısında təhlükə əsasən standart vəziyyətlər zamanı yaranırdı.  Elə 4 qolu standart vəziyyətdən buraxdıq. Bu 21 yaşlılarda da, əsas millidə də belədir. Ona görə bu futbolçular indidən standart vəziyyətlərin üstündə çox işləməlidilər ki, gələcəkdə təkrar olunmasın.

Komandanın baş məşqçisi Təbriz Həsənov az qala hər oyundan sonra bəxtdən şikayətləndi...
- Açığı deyim ki, orda bəxtimiz də gətirmədi. Baş məşqçi bunu düz deyir. Amma bəxtsizlikdən əlavə, səhvləri də boynumuza almalıyıq. Bəxt o baxımdan gətirmir ki, qol vura bilmirik, amma axı müdafiədə də səhvlər baş verir... O ayrı şeydir ki, Litva ilə oyunda 6-7 real qol imkanından istifadə edə bilmədik – özü də düz qapının ağzından. Amma futbol baxımından görürsən ki, səviyyə çatmır, soyuqqanlılıq çatmır, lazım olan yerdə futbolçu ayağını qoya bilmir. Professional tərəfdən belə demək lazımdır.

Əsas müzakirə mövzusu olan məsələlərdən biri yığmada milliləşdirilən futbolçuların çox olmasıdır. “Onsuz da uduzuruqsa, qoy özümüzkülərlə uduzaq” fikri ilə razısızmı?
- Milliləşdirməyə etirazı başa düşürəm, hətta bununla razılaşıram. Amma o futbolçular komandaya indi yerləşməyib ki... Onlar 2 ildən çoxdur ki, burda oynayırlar. Avropa çempionatında da həmin futbolçular oynamışdı. U-19-da yeni cəlb edilən xarici futbolçu yoxdur. Onlar il yarım, 2 ildir ki, komandaya çağırılırlar. Bəli, mən də tərəfdarıyam ki, öz uşaqlarımız oynasınlar. Amma məşqçini də başa düşmək lazımdır. Eşitmişəm müsahibəsində deyb ki, bizdə seçim azdır. Xüsusilə, 1999-cu il təvəllüdlü uşaqlar arasında milliyə layiqlisini tapmaq çətindir. Öz uşaqlarımız yaxşı olsa, xaricdən heç kim çağırılmazdı. Buna görə o məcbur qalıb ki, xaricdən oyunçu gətirsin. Xaric deyəndə ki, türkiyəli uşaqlardı.

-Bir qədər əvvəl dediz ki, komanda oyundan oyuna artırırdı. Qrup mərhələsindən sonra daha yaxşı nəticə göstərməyə başladı. Bunu turnirə hazırlığın yüksək səviyyədə keçirilməməsi ilə bağlamaq olar?
- Bu komanda turnirə Bakıda hazırlaşıb. Heç bir yoldaşlıq oyunları keçirməyib. Komanda ümumiyyətlə yeni yığıldı. Dekabr ayından başladılar hazırlaşmağa. Heç bir yarışda iştirak eləməmişdi, yoxlama oyunu keçirməmişdi. Amma fiziki tərəfdən heç bir komandaya uduzmadıq. Orda da hamı bizim uşaqlar haqqında çox yaxşı fikirlər səsləndirirdi. Sadəcə komanda qol vura bilmirdi. Ələ düşən imkanlardan istifadə faizi aşağı idi. Bu da beynəlxalq turnirlərdə iştirak etməməklə, yoldaşlıq oyunlarının keçirilməməsi iə bağlı idi. Bu, səviyyə, taktiki məsələdir, fiziki cəhətdən isə heç bir komandaya uduzmadıq.

Millimiz keçən il 8-ci olmuşdu, bu il 9-cu yeri tutdu. Nəticə sizi qane etdi?
- Məni yox, qane etmədi. Bu nəticə bizi qane edə bilməz.

Faiq Tahirov
 


oxunma sayı: 601 | Paylaş:




?>