')

Bu gün:


FutbolPress.Az | "Seçmə mərhələnin sonunadək burda qalacam" - Robert Prosineçki

"Seçmə mərhələnin sonunadək burda qalacam" - Robert Prosineçki


oxunma sayı: 295 Paylaş:

FutbolPressAzərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubunun "sükanı arxası"na keçəcəyi ilə bağlı xəbərlər yayılsa da, bu, baş tutmayacaq. 

Hər halda "Sporx"ə açıqlamasında xorvat çalışdırıcının özü belə deyib:

"DÇ-2018-in seçmə mərhələsi bitənədək Azərbaycan millisindəyəm. "Bursaspor"dan təklif aldım, düşündüm, amma getmədim. Getməyim doğru olmazdı. 4 oyundan sonra 7 xalımız var. Söz vermişəm ki, seçmə mərhələ bitənə qədər burda qalacam. Sözümə əməl edəcəm. Buna görə də danışıqlar uzun çəkmədi".

Ancaq "Bursaspor"un Bakıda olan rəsmisi Yüksel Çolak mütəxəssisin bu gün AFFA rəhbərliyi ilə görüşəcəyini və son qararı bundan sonra verəcəyini bildirib.


oxunma sayı: 295 | Paylaş:




?>