AFFA-dan "qara bazar"a zərbə: yeni metoda əl atıldı
Paylaş:
AFFA Azərbaycan - Almaniya oyununun biletlərini artıq yanvarın 10-dan satışa çıxarıb. Bunda əsas məqsəd biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaqdır.
Həmçinin azarkeşlərin süni qiymət artımı ilə üzləşməməsi üçün yeni üsuldan istifadə ediləcək. Bu barədə AFFA-nın bilet satışı meneceri Kamran Abbasov qurumun rəsmi saytına açıqlamasında məlumat verib:
"Azarkeşlərin süni qiymət artımı və bilet tapa bilməmə kimi problemlərlə qarşılaşmamaları üçün tez bir zamanda onlayn şəkildə və ya 1 fevral tarixindən şəhərin müxtəlif yerlərində fəaliyyətə başlayacaq bilet satışı məntəqələrindən bilet əldə etməyə çağırırıq. Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün 1 nəfər şəxsiyyət vəsiqəsini təqdim etməklə maksimum 5 bilet ala bilər".
Azərbaycan - Almaniya oyunu martın 26-da keçiriləcək.
| Paylaş: