')

Bu gün:


FutbolPress.Az | Rəşad Sadıqovun zədəsi ağırdır? (AÇIQLAMA)

Rəşad Sadıqovun zədəsi ağırdır? (AÇIQLAMA)


oxunma sayı: 286 Paylaş:

FutbolPress"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Ağdam klubu ikinci yoxlama matçında Rumıniyanın "Styaua" klubunu 2:0 hesabıyla məğlub edib.

Oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib:

"Maraqlı oyun alındı. Hər bir oyunda nəticələr vacibdi.  Bu oyunda da nəticə bizi qane etdi. Bu qarşılaşmada yaxşı çıxış etdik. Futbolçular verdiyimiz tapşırıqları aldılar və yerinə yetirdilər. Bu oyunun qələbəylə bitməsi də bizim üçün daha faydalı oldu".

O, matçın gedişində zədələnərək əvəzlənən Rəşad Sadıqov və Muarem Muaremin vəziyyəti barədə məlumat verib:

"Rəşad Sadıqovun zədəsi isə ciddi görünmür, amma yekun durum sabah tibbi müayinədən sonra məlum olacaq. Muarem Muarem isə əvəzlənməyi özü istədi. Ümid edirəm ki, ciddi bir şey yoxdu. Belə oyunlar təhlükəlidi, fiziki yükləmələr bəzən zədələrə səbəb olub. Təlim-məşq toplanışında belə zədələrin olması normaldır". 


oxunma sayı: 286 | Paylaş:




?>