')

Bu gün:


FutbolPress.Az | "Zirə" qələbə ilə başladı

"Zirə" qələbə ilə başladı


oxunma sayı: 157 Paylaş:

FutbolPress"Zirə" Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib. “Qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıb.

Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevi meydana buraxmışdı.

Qarşılaşmanın ilk dəqiqələrindən "Zirə" oyuna nəzarəti ələ alsa da, qol rəqibdən gəldi. İlk yarı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatdı. Fasilədən sonra isə komandamızda dəyişiklik edildi. Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov daxil oldu. Yalnız Sadiq, Yovan, Adil və Vüqar oyunu əvəzolunmadan keçirdi.

“Qartallar” ikinci hissədə istəyinə nail oldu. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə baxımlı qola imza atdı. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqləndi – 2-1.

“Zirə” ilk yoxlama oyununda qələbə qazandı. Komanda yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək.


oxunma sayı: 157 | Paylaş:




?>