“Qarabağ” yenə qələbə qazandı
Paylaş:
“Qarabağ”ın Antalya toplanışı davam edir. Ağdam klubu bu gün ikinci yoxlama oyununu keçirib.
Qurban Qurbanovun komandası Rumıniya “Styaua”sı ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 18:30-da başlayan qarşılaşma "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarını Dino Ndlovu və Muarem Muarem vurub.
“Qarabağ” Türkiyə toplanışında keçirdiyi ilk yoxlama oyununda Albaniyanın “Skenderbeu” klubuna minimal hesabla qalib gəlib - 1:0.
Yoxlama oyunu
18 yanvar
18:30. “Qarabağ” – “Styaua” 2:0
Qollar: Dino Ndlovu, Muarem Muarem
| Paylaş: