')

Bu gün:


FutbolPress.Az | Təbriz Həsənov: "Müdafiədən oynayan komandalara qarşı təcrübə toplayırıq"

Təbriz Həsənov: "Müdafiədən oynayan komandalara qarşı təcrübə toplayırıq"


oxunma sayı: 115 Paylaş:

FutbolPressFIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə keçirilmiş Estoniya – Azərbaycan (0:3) oyunundan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov matçla bağlı fikirlərini bildirib.

O, bunları deyib:

“Böyükhesablı qələbə qazanmaq həmişə xoşdur. Xüsusilə, əvvəlki oyunlarda yaradılmış qol epizodlarının realizə olunması baxımından çətinliklərlə üzləşdikdən sonra. Bu gün Estoniya yığması bütün oyun ərzində müdafiə olundu – rəqibimiz 5 oyundur ki, belə oynayır. Düşünürəm ki, bir tərəfdən bu yaxşıdır: müdafiədən oynayan komandalara qarşı təcrübə toplayırıq. Belarus yığması ilə oyuna hazırlaşacağıq. 9-cu yeri tutmağımızdan daha vacib olan qələbə seriyamızın davam etməsidir”.


oxunma sayı: 115 | Paylaş:




?>