')

Bu gün:


FutbolPress.Az | "Neftçi" Rəhim Həsənovdan imtina etdi

"Neftçi" Rəhim Həsənovdan imtina etdi


oxunma sayı: 385 Paylaş:

FutbolPressÇempionatın ikinci hissəsinə hazırlığı Antalyada keçirən "Neftçi" Rusiyanın aşağı liqa təmsilçisi "Tosno" ilə yoldaşlıq oyununda qüvvəsini sınayır. 

"FutbolPress" xəbər verir ki, qarşılaşmanı əvvəlcədən planlaşdırıldığı kimi Rəhim Həsənovun rəhbərlik etdiyi azərbaycanlı hakimlər briqadası idarə etmir. Buna səbəb "Neftçi" rəhbərliyinin azərbaycanlı hakimlərdən imtina etməsidir. Paytaxt klubu "feyr-pley" qaydalarına uyğun olmadığı üçün matçı Rəhim Həsənovun idarə etməsini istəməyib.

Görüşdə yerli ədalət təmsilçiləri fit çalır.

Birinci hissəsi gedən oyunda hesab 1:1-dir. Maraqlıdır ki, "Neftçi" qolu penaltidən buraxıb.


oxunma sayı: 385 | Paylaş:




?>