"Kəpəz" I Divizion klubu ilə bacarmadı
Paylaş:
Bakıda hazırlığı davam etdirən “Kəpəz” təlim-məşq toplanışı dövründə bu gün ilk yoxlama oyununu keçirib.
“Sarı-göylər” MOİK-lə qarşılaşıb. I Divizion klubu ilə görüş qolsuz bərabərliklə yekunlaşıb.
MOİK-ə qarşı oyunda Gəncə təmsilçisinin ilk “11-liy”i belə olub: qapıçı - Davud Kərimi, müdafiəçilər – Şəhriyar Əliyev, Qaraxan Əliyev, Novruz Məmmədov, Yusif Cəfərov, yarımmüdafiəçilər - Elcan Rəhimov, Tural Rzayev, Əli Səmədov, Emin Zamanov, Fərid Məmmədov, hücumçu – Tural Qürbətov.
| Paylaş: