')

Bu gün:


FutbolPress.Az | Rahid Əmirquliyev "Qarabağ"dan ayrı düşdü

Rahid Əmirquliyev "Qarabağ"dan ayrı düşdü


oxunma sayı: 192 Paylaş:

FutbolPress"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.

Komanda 1 günlük isitirahətin ardınca bu gün məşqləri bərpa edib. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 12:00) start götürüb və təxminən 60 dəqiqə davam edib.

Dizində ağrıları olan Rahid Əmirquliyev fizioterapivt nəzarəti altında çalışmalarını davam etdirib. Onun sabahdan etibarən komandayla məşqlərə qoşulacağı gözlənilir.

Günün ikinci məşqi yerli vaxtla 17:00-da start götürəcək. 


oxunma sayı: 192 | Paylaş:




?>