"Səbail"dən 9-cu transfer
Paylaş:
Antalyada təlim-məşq toplanışında olan "Səbail" heyətini daha bir oyunçu ilə gücləndirib.
"Qaradağ Lökbatan"nın yarımmüdafəçisi Tanrıverdi Məhərrəmli "Səbail"in formasını geyinəcək.
İndiyədək "Ağsu" və "Qaradağ Lökbatan"ın şərəfini qoruyan 25 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Bu, "Səbail"in 9-cu transferi olub. Paytaxt klubu buna qədər Rəşad Əzizli, Emil Balayev, Samir Əhmədov, Ruslan Tağızadə, Mirzağa Hüseynpur, Eltun Yaqublu, Aslan Hüseynov və Orxan Qurbanlını heyətinə qatıb.
| Paylaş: