Prosineçki köməkçilərini Türkiyəyə göndərdi
Paylaş:
Futbol üzrə Azərbaycan milli komandasının məşqçiləri Qordan Tsipriç və Draqan Spaşiç Türkiyənin Antalya şəhərinə yollanıb.
Baş məşqçi Robert Prosineçkinin köməkçiləri 21 yaşadək futbolçulardan ibarət yığmanın Antalyada "Germania Egestorf" komandası ilə keçirdiyi oyunu izləyiblər.
Hər iki məşqçi Yaşar Vahabzadənin rəhbərlik etdiyi komandanın digər yoxlama oyunlarına və hazırda Antalyada toplanışda olan klubların bir neçə matçına baxıb.
Millinin baş məşqçisi Robert Prosineçkinin də Antalyaya yollanması nəzərdə tutulmuşdu. Ancaq mütəxəssisin şəxsi işlərinə görə bu səfər baş tutmayıb.
| Paylaş: