')

Bu gün:


FutbolPress.Az | Müqəssir: AFFA, yoxsa Təbriz Həsənov? (QEYD)

Müqəssir: AFFA, yoxsa Təbriz Həsənov? (QEYD)


oxunma sayı: 844 Paylaş:

FutbolPressAzərbaycanın 19 yaşlılardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunan ənənəvi turnirdə bu dəfə də  uğursuz nəticələrə uğradı.

Qrup mərhələsində cəmi 1 xal toplayan Təbriz Həsənovun çalışdırdığı komanda bundan sonra ən yaxşı halda 9-cu yer uğrunda mübarizə apara bilər (9-16-cı yerlər).

Nəticənin getdikcə pisləşməsinin kökündə nə dayanır?

Azərbaycanı bu il turnirdə təmsil edən komanda, kiçik dəyişikliklərlə, demək olar ki,  ötənilkidi.

Ötən il əsas məqsəd bu idi ki, həmin komanda yaxşı hazırlıq keçib, Bakıda keçirilən  17 yaşlıların Avropa Çempionatında yaxşı çıxış eləsin. İlk oyunda sonradan çempion olan Portuqaliyaya ağır (0:5) məğlubiyyət olsa da, sonrakı nəticələr pis olmadı.

***             ***              ***

Çempionatdan sonra komandanın taleyi açıq vəziyyətdə idi.  Təklif verilmişdi ki, U-18 yaradılsın və o komandada bu heyət qorunsun. Ancaq  real addımlar atılmadı.

“Səbail”in Müşahidə Şurasına seçilən Təbriz Həsənovla söhbətdə, “Komanda “Valentin Qranatkin”ə qatılacaqsa, hazırlıq, heyət barədə niyə real addımlar atılmır” sualımıza o da bizim kimi – məlumatsız olduğunu demişdi. Bu, heç yaxşı əlamət deyildi...

***              ***              ***

Budəfəki turnirdə komandamızın oyunlarına baxanlar gördü ki, həqiqətən, hər üç qarşılaşmada Həsənovun komandası rəqibindən üstün futbol sərgilədi. Ancaq məhz sәmәrәli toplanışın vә sparrinq rәqiblәrin olmaması, turnirə hazırlaşmamağın acı nəticələri komandanın taktiki planda axsamasına gətirib çıxardı. Qrupdakı rəqiblərindən daha güclü olan İrana qarşı qələbə isə göstərdi ki, Azərbaycan bu turnirdə özünə gəlməyə başlayır; bir növ, turnirə hazırlığı elə turnirdə keçir...

Bəli, nəticələr pis olanda hədəfə ilk olaraq baş məşqçi gəlir. Ancaq işin kökünü araşdıranda görünür ki, bəzən səhvin hamısı məşqçidə olmaya bilir.

U-19 komandasının turnirə qatılacağını gec açıqlayan  AFFA rəhbərliyi turnirdəki pis çıxışa qarşı tənqidlərin artdığını görüb, yaxasını kənara çəkməməlidir. Hədəfə Həsənovun verilməsi doğru yanaşma deyil. Komanda lazımı hazırlıq keçməmişdi. Maliyyə sıxıntısını bəhanə gətirmək absurddu. Futbolun inkişafı üçün maliyyənin bəhanə gətirilməsi anormal haldı. AFFA bu problemləri həll eləməkçündü...

Bu heyətdәn әksәri hələ gələn il də bu turnirdə iştirak edə bilər. Növbəti dəfə işə daha ciddi və peşəkar yanaşmaq lazımdır. Tәbriz Hәsәnovla yola davam? Bu da açıq qalan suallardandı.

Elçin


oxunma sayı: 844 | Paylaş:




?>