')

Bu gün:


FutbolPress.Az | Ramin Musayev: “Bəli, “Xəzər Lənkəran” Premyer Liqada oynayacaq” (AÇIQLAMA)

Ramin Musayev: “Bəli, “Xəzər Lənkəran” Premyer Liqada oynayacaq” (AÇIQLAMA)


oxunma sayı: 2295 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasında 8 komandanın olması normal deyil və bunu artıq AFFA da anlayıb. Növbəti mövsüm iştirakçı sayının artırılması planlaşdırılır. 10-12 komanda ola bilər. Belədə ilkin ehtimal budur ki, PL-i tərk edən olmayacaq (Hansısa klub öz istəyilə getməsə – red.). Bəs I Diviziondan hansı klublar elitaya gətiriləcək - əsas sual budur.

Ötən həftə bu haqda məlumatlı mənbələrdən əldə elədiyimiz bir xəbəri dərc etdik. Kuluarlarda gəzən söhbətlərə görə “Xəzər Lənkəran” fəaliyyətini  bərpa etmək fikrindədir. Klubun rəhbərliyi baxımından inandırıcı, səmimi görünməsə də, ehtimal həmişə var deyib, mövzunu araşdırmağa qərar verdik.

“Xəzər Lənkəran”ın əsas komandası fəaliyyətini bərpa edərsə, necə olacaq – Həvəskarlar liqası, I Divizion, yoxsa...

Heç biri.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev yenə söz verdi ki, bir başa Premyer Liqa.

Ötən il, “Xəzər Lənkəran” fəaliyyətini bərpa eləsin, mən onların Premyer Liqaya buraxılmasına söz verirəm” açıqlamasına yenidən qayıtmasını təklif etdik. Musayev "FutbolPress"ə açıqlamasında sözünün üstünə qayıtdı və durdu: “Bəli, “Xəzər Lənkəran” Premyer Liqada oynayacaq. Söz vermişəm, edəcəm də. Təki komanda bərpa olunsun”.

Bəs qaydalar?

“Qaydalar pis vəziyyəti yaxşılaşdırmaqçündü. Əgər “Xəzər Lənkəran” kimi – azarkeşi olan, ölkə futbolunda canlanmaya səbəb olan komandanın birbaşa Premyer Liqada oynamasına qərar verilsə, inanmıram ki, buna etiraz eləyən olsun, əksinə, hamı sevinər. Ona görə də, məncə, bu, qayda pozuntusu sayılmaz. Yenə deyirəm, təki, fəaliyyəti bərpa eləsinlər, doğru yol tutsunlar”.


oxunma sayı: 2295 | Paylaş:




?>