Türkiyə Super Liqasında baş məşqçi istefası reallaşıb. “Alanyaspor” baş məşqçisi Hüseyin Kalparla yollarını ayırıb.
Bu, Superliqanın XVII turunda komandanın doğma meydanda “Rizəspor”a 2:3 hesablı məğlubiyyətindən sonra baş verib.
“Alanyaspor” 18 xalla 14-cü pillədə qərarlaşıb.