')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin azarkeş portalı yaradıldı - hesab soruşmaq üçün

"Neftçi"nin azarkeş portalı yaradıldı - hesab soruşmaq üçün


oxunma sayı: 508 Paylaş:

FutbolPress"Neftçi"nin yeni azarkeş portalı yaradılıb. Hələlik yalnız feysbuk sosial şəbəkəsində fəaliyyət göstərən portalın yaxın zamanda saytı açılacaq.

"ARMY 1937" adlanan layihədə əsas məqsəd "Neftçi" azarkeşlərinin məqalə və köşə yazılarını dərc edərək onların "danışan dilinə çevrilmək"dir.

Azarkeşlər komandanı hazırkı vəziyyətə salanlardan hesab soruşmaq niyətində olduqlarını bildiriblər. Onların əsas tələbi isə "Neftçi"də köklü dəyişikliklərin aparılmasıdır:

"Bizim qeyri-peşəkarlara qarşı mübarizəmiz klubdan mühəndis, yazıçı və rəssamkimilər gədənə kimi davam edəcəkdir. Tələbimiz "Neftçi"yə yaraşmayan bu rəhbərliyin dərhal istefa verməsi, komandaya normal sponsorların tapılması və komandadakı iddiasız xarici futbolçu heyətinin dəyişdirilməsidir"- deyə feysbuk səhifəsində yazılıb.


oxunma sayı: 508 | Paylaş:




?>