')

Bu gün:


FutbolPress.Az | Kamranla Emin oynadı, "Boavişta" 3 qolluq üstünlüyü qoruya bilmədi

Kamranla Emin oynadı, "Boavişta" 3 qolluq üstünlüyü qoruya bilmədi


oxunma sayı: 625 Paylaş:

FutbolPressAzərbaycan millisinin üzvləri Kamran Ağayevlə Emin Mahmudovun formasını geyindiyi "Boavişta" Portuqaliya çempionatında növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə lider "Benfika"nın qonağı olub.

Olduqca dramatik keçən matçda qalib müəyyənləşməyib - 3:3. "Boavişta" qarşılaşmanın gedişində 3 top fərqi ilə önə keçsə də, bu üstünlüyü qoruya bilməyib.

Kamran Ağayev bu oyuna start heyətdə başlayıb və sona qədər meydanda olub. O, 75-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Oyuna ehtiyat oyunçular skamyasında başlayan Emin Mahmudov isə 88-ci dəqiqədə meydana daxil olub.

Geridə qalan 17 oyundan sonra hesabında 21 xalı olan "Boavişta" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.


oxunma sayı: 625 | Paylaş:




?>