Ozobiç Xorvatiya millisində debüt etdi
Paylaş:
"Çin kuboku-2017" turnirində ikinci finalçı bəlli olub. İslandiyanın fhəlledici oyundakı rəqibinin adına Çili - Xorvatiya oyunundan sonra aydınlıq gəlib.
Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında isə Çili üstün olub - 4:1. Bu nəticə ilə cənubi amerikalılar adını finala yazdırıb.
Qarşılaşma "Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiçin Xorvatiya yığmasındakı debütü ilə əlamətdar olub. Oyuna start heyətində çıxan futbolçu 57-ci dəqiqədə əvəzlənib.
| Paylaş: