')

Bu gün:


FutbolPress.Az | Filip Ozobiç: "Milliyə çağırıldığımı eşidəndə şoka düşdüm" (MÜSAHİBƏ)

Filip Ozobiç: "Milliyə çağırıldığımı eşidəndə şoka düşdüm" (MÜSAHİBƏ)


oxunma sayı: 1250 Paylaş:

FutbolPress"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibə verib.
 
"FurbolPress" həmin müsahibəni təqdim edir:
 
- İstirahətiniz necə gedir?
- Hər şey yaxşıdır. Özümə, ailəmə və mənə doğma olan insanlara vaxt ayırdım. Yanvarın 7-də milli komanda ilə Çinə beynəlxalq turnirə yollanacam. Oradan da Türkiyəyə, “Qəbələ”nin təlim-məşq toplanışına gedəcəm.
 
- “Qəbələ”yə keçidiniz necə baş verdi?
- Keçən yayda əvvəlcə klubun baş meneceri Zaur Əzizov mənimlə əlaqə saxlamışdı. Sonra klub rəsmiləri menecerimlə danışıqlar aparıb, razılıq əldə etdilər. Həmin zaman Azərbaycan haqda kifayət qədər məlumatım yox idi. “Qarabağ” və “Qəbələ”nin Avrokuboklarda iştirak etdiyini də bildirdim. Hər şey gözlədiyimdən yaxşı oldu.
 
- Qafqazda yaşamaq çətin deyil?
- Azərbaycanda hər şey yaxşıdır. Bu ölkə haqda ancaq yaxşı şeylər danışa bilərəm. İnsanları olduqca qonaqpərvər və istiqanlıdırlar. Mənə münasibətləri çox yaxşıdır. Bakı isə müasir və dəbdəbəli şəhərdir. Burada istirahət etmək üçün istənilən şərait var.
 
-“Qəbələ”nin Avropa Liqasındakı çıxışı haqda nə deyə bilərsən? Komandanız qrupda xal qazana bilmədi...
- Qrupu xalsız tərk etmək xoş hal deyil. Ancaq düşdüyümüz qrup çətin idi. Bəzi hallarda xal qazanmağa yaxın olsaq da, hansısa kobud səhvə görə bu, alınmadı. Yenə cəhd edəcəyik. Çempionatda və kubokda işlərimiz yaxşı gedir. Premyer Liqada “Qarabağ”dan cəmi 1 xal geri qalırıq, kubokda isə yarımfinaldayıq. 
 
- Xorvatiya millisinə dəvət almaq sizin üçün gözlənilməz oldu?
- Milliyə dəvət aldığımı eşidəndə şoka düşdüm. Belə bir təklif almaq üçün öz üzərimdə çox çalışıram. Xəbəri eşidəndə çox qürurlandım. Bütün dünya bilir ki, millimiz çox güclüdür və belə bir komandanın bir parçası olmaq mənim üçün şərəfdir.
 
- Millidə Avropanın ən yaxşı klublarında oynayan futbolçularla rəqabət aparacaqsan...
- Modriç, Rakitiç və Mancukiç Çində komanda ilə olmayacaqlar. Özümə güvənirəm və ən yaxşı oyunumu göstərməyə çalışıram. Bundan sonrası isə baş məşqçinin işidir.
 
- Həmyerliniz Robert Prosineçki Azərbaycan millisini çalışdırır. Onun milli komandadakı işini uğurlu saymaq olar?
- Düşünürəm ki, Azərbaycanda yaxşı nəticələr qazanıb. Bu nəticələr bir qədər də yaxşı ola bilər. Azərbyacan millisi daha yaxşı nəticələr qazana bilər. Bu ölkəyə azarkeşlik edirəm.
 
- “Qəbələ”nin baş məşqçi Roman Qriqorçukdur haqda nə deyəı bilərsiz?
- Yaxşı mütəxəssis olduğunu çoxdan təsdiq edib. Ardıcıl iki dəfə “Qəbələ”ni qrup mərhələsinə çıxardı. Onun rəhbərliyi altında bu mövsüm ilk dəfə Azərbaycan çempionu ola biləcəyik.
 
- Çempionlar Liqasının qrup mərhələsində çıxış edə biləcəyinizə inanırsız?
- ölkə çempionu olsaq və Çempionlar Liqasının təsnifat mərhələsində iştirak etsək, Hədəfimiz qrup mərhələsinə qədər irəliləmək olacaq. “Qəbələ”nin heyətində güclü və peşəkar futbolçular var və biz Çempionlar Liqasında uğurla çıxış edə bilərik.



oxunma sayı: 1250 | Paylaş:




?>