Azərbaycan güləşçisi bütün yarışlardan kənarlaşdırıldı
Paylaş:
Azərbaycan yunan-Roma güləşçisi Zubair Dibirov 4 il müddətinə diskvalifikasiya olunub.
Bu barədə Dünya Güləş Birliyi qərar qəbul edib.
Səbəb Dibirovun 2016-cı il sentyabrın 30-da Fransanın Makon şəhərində start götürmüş gənclər arasında dünya çempionatında dopinq-testdən keçə bilməməsidir. Onun orqanizmindən istifadəsi qadağan olunmuş stanozolol və anabolik steroid aşkarlanıb. Nəticədə gənc güləşçi 4 oktyabr 2020-ci ilədək bütün yarışlardan kənarlaşdırılıb. Cəza 5 oktyabr 2016-cı ildən qüvvəyə minib.
| Paylaş: