"Atalanta" "Çelsi"nin 25 milyonluq təklifini geri çevirdi
Paylaş:
Londonun "Çelsi" klubu "Atalanta"nın futbolçusu Frank Kesyeyə elçi düşüb.
"Zadəganlar" artıq afrikalı üçün klubuna təklif də göndərib. Ancaq “Atalanta” rəhbərliyi "Çelsi"nin 25 milyon avroluq təklifini geri çevirib. Berqamolular 20 yaşlı futbolçu üçün 40 milyon avro tələb edir.
Kessye bu mövsüm A seriyasında meydana çıxdığı oyunlarda 7 qol vurub.
| Paylaş: