')

Bu gün:


FutbolPress.Az | Dmitri Bezotosnı: "Hakim "Qarabağ"la oyunda bizi "sındırdı" (MÜSAHİBƏ)

Dmitri Bezotosnı: "Hakim "Qarabağ"la oyunda bizi "sındırdı" (MÜSAHİBƏ)


oxunma sayı: 856 Paylaş:

FutbolPress"Qəbələ"nin ukraynalı qapıçısı Dmitri Bezotosnı ölkəsinin mətbuatına müsahibə verib. "FutbolPress" həmin müsahibəni təqdim edir:

- Artıq 2 ildir Azərbaycandasız. Hələ də sizi orda özlərindən biri hesab etmirlər?
- Mən ukraynalıyam. Bəli, İki ildir ki, bu ölkədəyəm. Amma demək olmaz ki, hər şeyə öyrəşmişəm.

- Yerli dili sərbəst bilirsiz?
- Təbii ki, yox. Başa düşürəm, amma danışmaq çətindir. Yerli futbolçular rus dilində bilirlər. Dillə bağlı problem olmur.

- "Qəbələ"də müddətdə yerli çempionatın səviyyəsi qalxıb?
- Bu suala cavab vermək asan deyil. Hazırda təkcə “Qarabağ”la rəqabət var. Bir neçə komanda da var ki, liderlər yaxın ola bilərlər. Ona görə də çempionat maraqlıdır. Amma yerli mediada yazılanlardan belə başa düşürəm ki, 5 il öncə çempionat daha güclü olub. Amma həmin vaxt Azərbaycanda olmadığım üçün mübahisə edə bilmərəm. Həm də komandaların avrokuboklardakı çıxışına görə son illəri daha uğurlu saymaq olar. 2009-cu ildən sonra yalnız bir dəfə “Neftçi” qrup mərhələsinə adlaya bilib. Ancaq 2014/2015 mövsümündən “Qarabağ” Avropa Liqasında daimi iştirakçı olub. Sonra “Qəbələ” də bu komandaya qoşuldu. Suala müxtəlif cür cavab vermək olar.

- Klub rəhbərliyi sizin nəticələrinizdən razıdır?
- Bunu onlardan soruşmaq daha düzgün olar. Çalışırıq ki, öz rəhbərimizi məyus etməyək. Məsələn, ölkə kubokunu qazanma bilərik. Əlbəttə ki, istəyərik “Qəbələ” öz tarixində ilk dəfə çempion olsun.

- "Qəbələ"nin belə yüksəlişinin sirri nədir?
- Məncə, əsas səbəb baş məşqçidir. Roman Qriqorçuk kollektivi bir məqsəd ətrafında birləşdirə bilib.

- "Qarabağ"la oyunlarda komandalar hərəyə 1 qələbə qazanıb. Son oyunda hesabda öndə olsaz da, uduzduz...
- Yaralı yerimə toxunursuz... Hakim bizim qapımıza penalti təyin etməklə rəqibə kömək etdi. Top Vernidubun üzünə dəymişdi. Sonra hakim oyuna 4 dəqiqə əlavə elədi, amma biz 7 dəqiqə oynadıq. Biz psixoloji olaraq "sınmışdıq". Rəqib də istifadə edib ikinci qolu vurdu.

- "Qəbələ"nin daxili oyunlarda işləria yaxşı gedir. Amma Avropa Liqasında uğur qazana bilmədiz. Bu, qanunauyğundur?
- Avropa Liqasında qrupdan çıxmaq üçün ustalığımız çatmadı. Komandada nəsə çatmırdı.

- Evə qayıtmağa hazırlaşmırsınız?
- Mən indi evdəyəm.

- Ukraynada oynamağınızı nəzərdə tuturam...
- "Qəbələ" ilə daha 6 aylıq müqaviləm var. Həm də Ukraynadan təklif olmayıb.


oxunma sayı: 856 | Paylaş:




?>