')

Bu gün:


FutbolPress.Az | "Futbolçular bir qədər də diqqətli olsa, qol vurardıq" - Qurban Qurbanov

"Futbolçular bir qədər də diqqətli olsa, qol vurardıq" - Qurban Qurbanov


oxunma sayı: 464 Paylaş:

FutbolPressAPL XIV turun "Qarabağ" - "İnter" (0:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bildirib:

"CBC Sport"a danışan mütəxəssis bunları deyib:

"Maraqlı oyun oldu. Belə hava şəraitində oynamaq çətin idi. İkinci hissədə həm sürət artdı, həm də oyunun keyfiyyəti yüksəldi. Bu komandaya qarşı oynamaq həmişə çətindir. Çoxlu qol imkanlarından istifadə edə bilməsək də, futbolçulardan razı qaldım. Baxmayaraq ki, qalib gəlmək istəyirdik, amma yenə də 1 xal qazandıq. Narazı deyiləm".

Mütəxəssis komandasının qol vura bilməməsində konkret səbəb axtarmağın düzgün olmadığını bildirib: "Məncə, buna konkret səbəb axtarmaq düzgün olmaz. Birinci hissədə futbolçular topu hiss edə bilmirdilər. Hava şəraiti həddən artıq pis idi. Bəlkə də futbolçularımız bir qədər daha diqqətli olsalar, qol vura bilərdik". 

Qurbanov başa çatmaqda olan 2016-cı ilin ümumi dəyərləndirməsini də aparıb. O, il barədə bunları deyib: "Normal il oldu. Çoxlu uğurlu oyunlarımız oldu. çatışmayan bircə qrupdan çıxa bilməməyimiz idi. Amma ilboyu futbolçularımız yaxşı performans göstərdilər". 


oxunma sayı: 464 | Paylaş:




?>