')

Bu gün:


FutbolPress.Az | Elxan Abdullayev: "... Biz onlardan güclüyük"

Elxan Abdullayev: "... Biz onlardan güclüyük"


oxunma sayı: 366 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XIV turunun "Neftçi" - AZAl (0:1) oyunundan sonra eydan sahiblərinin baş məşqçisi Elxan Abdullayevin mətbuat konfransı keçirilib.

Abdullayev əvvəlcə oyun bardə fikirlərini bildirib:

“Rəqibi ilk qələbə münasibətilə təbrik edirəm. Oyuna gəldikdə birinci hissəni yaxşı keçirdik. Amma çoxlu epizodlardan istifadə edə bilmədik. Yekunda da uduzduq”.

- Kastilyanın çıxışından razısızmı?
- Onun “Neftçi” ilə 2 illik müqaviləsi var. Pis futbolçu deyil, qabında nəsə var.

- Tərlan Əhmədovun “Neftçi”yə qarşı xüsusi hazırlaşdığını hiss etdinizmi?
- Bu sualı Tərlan müəllimə versəniz, yaxşı olar.

- ƏgərAZAL-dakı futbolçular sizdə olsaydı, bu “Neftçi”yə qalib gələ bilərdizmi?
- Keçən tur biz “Zirə”yə qalib gəldik. Amma bu o demək deyil ki, onlardan güclüyük. Onlardan qat-qat zəifik. Hər şey büdcə ilə bağlı deyil.

- Qarşıdan qış toplanışı gəlir. Nə kimi planlarınız var?
- Ayın 4-dən 21-nə qədər Antalyada olacağıq. Orda 5 oyun keçirəcəyik. Əvvəlcə ayın 8-də “Sivasspor”a qarşı oynayacağıq. Sonrakı oyunları 12, 16 və 19 dekabra planlaşdırmışıq. 19-da 2 oyun olmalıdı.


oxunma sayı: 366 | Paylaş:




?>