')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" əsas heyət üzvünü itirdi

"Qəbələ" əsas heyət üzvünü itirdi


oxunma sayı: 223 Paylaş:

FutbolPressAzərbaycan Premyer Liqasının XIV turunun ilk oyununda "Qəbələ" "Kəpəz"i qəbul edir. Bu mövsüm zədəli futbolçuların çoxluğundan əziyyət çəkən “Qəbələ” daha bir oyunçusunu itirib.

Qarşılaşmanın əvvəllərində zədələnən komandanın gənc futbolçusu Elvin Camalov mübarizəni davam etdirə bilməyib. Yarımüdafiəçi matçın 20-ci dəqiqəsində Roman Hüseynovla əvəzlənib.

Elvin Camalov "Qəbələ"nin əsas heyət üzvü sayılır.

Hazırda birinci hissəsi davam edən oyunda “Qəbələ” 1:0 hesabı ilə öndədi.


oxunma sayı: 223 | Paylaş:




?>