')

Bu gün:


FutbolPress.Az | "Qarabağ" qış çempionu oldu  (YENİLƏNİB)

"Qarabağ" qış çempionu oldu (YENİLƏNİB)


oxunma sayı: 538 Paylaş:

FutbolPressBu gün Azərbaycan Premyer Liqasında 2016-cı ilin son turu keçirilib. 

Günün ilk oyunu Qəbələdə keçirilib. Eyniadlı komanda “Kəpəz”i qəbul edib. Roman Qriqorçukun yetirmələri bu qarşılaşmadan 3 xalla ayrılmağı bacarıb - 2:1.

“Sumqayıt” doğma divarlar arasında “Zirə”ni qəbul edib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bu nəticə ilə "Sumqayıt" qış fasiləsinə 4-cü pillənin sahibi kimi yollanıb.

Paytaxt derbisində AZAL “Neftçi”nin qonağı olub. "Təyyarəçilər" səfər qarşılaşmasından 1:0 hesablı qələbə ilə ayrılıb. Bu, Tərlan Əhmədovun komandasının çempionatda ilk qalbiyyəti olub.

Turun mərkəzi görüşü Suraxanıda keçirilib. "Qarabağ" "İnter"lə münasibətərinə aydınlıq gətirib. Oyunda hesab açılmayıb - 0:0. Bu nəticə "Qarabağ"a qış çempionu olmaq üçün bəs edib.


Topaz Premyer Liqası, XIV tur
17 dekabr

14:00. "Qəbələ" - "Kəpəz" 2:1
Qollar:
Filip Ozobiç, 23 (pen.), Ruslan Qurbanov, 84 (pen.) - Tural Axundov, 78 (pen.)
Qırmızı vərəqə: Renan Silva, 83

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Rahil Ramazanov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu

"Qəbələ": 22.Dmitri Bezotosnı, 3.Vojislav Stankoviç, 4.Elvin Camalov, 6.Rəşad Sadiqov (k), 7.Nika Kvekveskiri, 9.Sergey Zenyov, 10.Ruslan Qurbanov, 11.Asif Məmmədov, 15.Vitali Vernidub, 17.Məhəmməd Mirzəbəyov, 19.Filip Ozobiç

Ehtiyat oyunçular: 33.David Pietrzkeviç, 14.Cavid Hüseynov, 21.Roman Hüseynov, 27.Teo Uiks, 32.Rəşad Eyubov, 44.Rafael Santos, 90Ramil Hasanov

“Kəpəz”: 88.Tadas Simaitis, 18.Tural Axundov (k), 36.Renan Silva, 15.Azad Kərimov, 13.Şəhriyar Rəhimov, 5.Kərim Diniyev, 7.Vüqar Bəybalayev, 17.Nicat Qurbanov, 19.Orxan Əliyev, 77.Serjio Kosta, 90.Julien Ebah

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 23.Tural Nərimanov, 21.Novruz Məmmədov, 9.Tural Qürbətov, 6.Ceyhun Cavadov, 10.Dario Federiko, 75.Yusif Cəfərov

16:00. "Sumqayıt" - "Zirə" 1:0
Qol:
Mirabdulla Abbasov, 15
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Kərim Ağayev
"Kapital Bank Arena"

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 21. Nasir Abilayev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 18. Süleyman Əhmədov, 74. Yusif Nəbiyev
Baş məşqçi: Samir Abasov

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 7. Gerhard Proqni, 10. Elvin Məmmədov (k), 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 19. Nurlan Novruzov, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 21. Murad Səttarlı, 38. İlkin Muradov, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev
Baş məşqçi: Adil Şükürov

16:00. "Neftçi" - AZAL 0:1
Qol:
David Canelidze, 79

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Vüsal Qənbərov, Elman Musayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
"Dalğa Arena"

“Neftçi”: 33. Boban Baykoviç, 3. Jayro Rodriges, 20. Eltun Yaqublu, 27. Məqsəd İsayev, 17. Rəhman Hacıyev (k), 19. Fəhmin Muradbəyli, 4. Rahil Məmmədov, 95. Elvin Bədəlov, 80. Edson Kastilya, 90. Jonas Pesalli, 13. Murad Ağayev
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 23. Tərzin Cahangirov, 5. Anton Krivotsyuk, 10. Cavid İmamverdiyev, 22. Mahir Şükürov, 49. İbrahim Əliyev, 26. Kamal Qurbanov
Baş məşqçi: Elxan Abdullayev

AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 18. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 27. Eltun Hüseynov, 17. Rəşad Abdullayev, 7. Kamal Mirzəyev, 88. Mirzağa Hüseynpur, 21. David Canelidze
Ehtiyat oyunçular: 90. Hossein Kamelqolamitussi, 4. Qvanzav Maqomedov, 2. Elşad Manafov, 9. Röyal Nəcəfov, 10. Nuqzar Kvirtiya, 16. Aşkan Feyzi, 19. Elnur Süleymanov
Baş məşqçi: Tərlan Əhmədov

17:00. "Qarabağ" - "İnter" 0:0
Hakimlər: 
Fariz Yusifov, Namiq Hüseynov, Akif Əmirəli, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
"Azersun Arena” 

"Qarabağ": 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 8. Migel Madera, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 17. Namiq Ələsgərov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə
Baş məşqçi: Qurban Qurbanov

“İnter”: 13. Orxan Sadıqlı, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 17. Abbas Hüseynov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 10. Elnur Abdullayev, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 2. Sertan Taşkın, 19. Mirhüseyn Seyidov, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 20. Aqşin Quluzadə, 98. Qara Qarayev
Baş məşqçi: Zaur Svanadze



oxunma sayı: 538 | Paylaş:




?>