')

Bu gün:


FutbolPress.Az | Azərbaycanın velosiped komandası dünya reytinqində 4-cü oldu

Azərbaycanın velosiped komandası dünya reytinqində 4-cü oldu


oxunma sayı: 308 Paylaş:

FutbolPressBeynəlxalq Velosipedçilər İttifaqı (UCİ) dünya komandalarının cari ilin yekun reytinq siyahısını açıqlayıb. Azərbaycanın "Synergy Baku Cycling Project" kontinental komandası planetin bütün qitələrini təmsil edən 54 ölkənin 176 kontinental klubu arasında 4-cü yerdə qərarlaşıb.

Reytinq sıralanmasında Belçika hamıdan çox - 13 klubla təmsil olunur. 2016-cı ildə beynəlxalq yarışlarda Çinin 11, Yaponiya və ABŞ-ın 10, Danimarka, Almaniya və Hollandiyanın isə 7 kontinental komandası iştirak edib ki, onlardan yalnız Belçikanın 3 klubu reytinq sıralanmasında "Synergy Baku"nu qabaqlaya bilib.

Ölkələr üzrə götürdükdə, 54 ölkə arasında cəmi bir komandası olan Azərbaycan yalnız Belçikadan geri qalmaqla dünyada 2-ci yerə çıxıb.


oxunma sayı: 308 | Paylaş:




?>