')

Bu gün:


FutbolPress.Az | "Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi

"Kəpəz" - "Qəbələ" oyununun yeri dəyişdirildi


oxunma sayı: 179 Paylaş:

FutbolPress“Kəpəz” Peşəkar Futbol Liqasına müraciət edib. Klub Gəncə şəhər stadionunun 4 gün ərzində 2 oyun qəbul edəcəyi təqdirdə, ot örtüyünün yararsız hala düşmə ehtimalının olduğunu bildirib və XIV turun oyununun yerinin dəyişdirilməsini xahiş edib. Yuxarıda göstərilənləri və “Qəbələ” klubunun razılıq məktubunu əsas götürən Peşəkar Futbol Liqası aşağıdakı qərarları qəbul edib:

1. Topaz Premyer Liqasının XIV turunun “Kəpəz” - “Qəbələ” matçı 17 dekabr tarixində Qəbələ şəhər stadionunda keçirilsin.

2. XIV turda meydan sahibi “Qəbələ” klubu, hər iki klubun iştirakı ilə üçüncü dövrənin matçında meydan sahibi kimi “Kəpəz” klubu təsdiq edilsin. 


oxunma sayı: 179 | Paylaş:




?>